Türkiyə və Almaniyadan qələbə, Argentinadan darmadağın

17-11-2022, 10:04           
Türkiyə və Almaniyadan qələbə, Argentinadan darmadağın
Qətərdə keçiriləcək futbol üzrə Dünya Çempionatı ərəfəsində həm turnirdə iştirak edən, həm də mundialdan kənarda qalan milli komandalar yoldaşlıq oyunlarında qüvvələrini sınayıblar.

DÇ öncəsi son hazırlıq xarakteri daşıyan matçlarda maraqlı nəticələr qeydə alınıb.

Əbu-Dabidə BƏƏ seçməsinin qonağı olan Argentina millisi rəqiblərinin qapısından 5 cavabsız top keçirib.

Omanın qonağı olan Almaniya isə rəqibini yalnız son dəqiqələrdə məyus edə bilib. Dörd qat dünya çempionları Oman seçməsini minimal hesabla üstələyib - 0:1.

Şotlandiyanı qonaq edən Türkiyə də azarkeşlərini sevindirməyi bacarıb. Ay ulduzlu komanda matçdan 2:1 hesabı ilə qalib ayrılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru