Norveçli xizəkçi üzünə saqqal çəkərək etiraz etdi - FOTO

20-11-2022, 12:41           
Norveçli xizəkçi üzünə saqqal çəkərək etiraz etdi - FOTO
Xizək üzrə ikinövçülük yarışında dünya çempionu, norveçli Qyuda Vestvoll Hansen Olimpiya proqramında öz yarış növünün olmamasına etiraz edib.

O, Norveçin Beytostolen şəhərində keçirilən turnirdə üzünə saqqal çəkərək çıxış edib.

“Əgər mən belə görünsəm, 2026-cı il Olimpiadasında iştirakıma icazə veriləcək”, - 20 yaşlı idmançı bildirib.

Qeyd edək ki, hazırda yalnız kişi ikinövçülərin xizək yarışı Olimpiadanın proqramına daxil edilib.

Xatırladaq ki, 2026-cı il Qış Olimpiya Oyunları Milanda və Kortina d'Ampezzoda keçiriləcək.




Mənbə: sports.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru