Futbol üzrə dünya çempionatının açılış mərasimi keçirildi

20-11-2022, 19:48           
Futbol üzrə dünya çempionatının açılış mərasimi keçirildi
TEREF.AZ yazır ki, Qətərdə futbol üzrə XXII dünya çempionatının açılış mərasimi keçirilib.

"El-Bayt" stadionunda təşkil olunan tədbir ölkənin tarixindən bəhs edən video-çarxlar və dialoqlarla başlayıb.

Daha sonra arenada iştirakçı ölkələrin bayraqları nümayiş olunub. Ardınca isə musiqi proqramına start verilib.

Mərasimdə diqqət çəkən məqamlardan biri 2018-ci ildə Rusiyada keçirilmiş mundialın talismanı "Zabivaka" adlı canavar personajının DÇ-2022-də iştirakı olub.

Dünya Kubokunu stadiona Fransa millisinin əfsanəvi müdafiəçisi Marsel Desayi gətirib. Sonra isə Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani dünya çempionatını açıq elan edib.

Qeyd edək ki, DÇ-2022 bu gün Qətər və Ekvador arasında keçiriləcək açılış matçı ilə start götürəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru