Messidən dünya çempionatındakı iştirakı ilə bağlı açıqlama

22-11-2022, 10:23           
Messidən dünya çempionatındakı iştirakı ilə bağlı açıqlama
Qətərdəki dünya çempionatı argentinalı hücumçu Lionel Messinin karyerasında sonuncu olacaq.

Futbolçu bu barədə bazar ertəsi keçirilən mətbuat konfransında danışıb.

“Əlbəttə, bu mənim son dünya çempionatımdır, onu qazanmaq üçün son şansımdır. Mənim və ümumi arzumuzu həyata keçirmək üçün son şansdır. Bunun karyeramın ən xoşbəxt anı olub-olmadığını bilmirəm, amma özümü çox yaxşı hiss edirəm. Mənə düşən hər andan maksimum yararlanmağa çalışıram. Əvvəllər bundan həzz almağa vaxtım yox idi”, - deyə Messi bildirib.

Qeyd edək ki, Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsinin ilk turunda çərşənbə axşamı Argentina yığması Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq.

Mənbə: TASS












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.