Dünya çempionatında BOMBA həyəcanı: bütün heyət təxliyə edildi

22-11-2022, 12:17           
Dünya çempionatında BOMBA həyəcanı: bütün heyət təxliyə edildi
Dünya çempionatı çərçivəsində Qətərdə olan Qana millisinin futbolçuları və bütün heyət bomba şübhəsi səbəbindən Portuqaliya ilə oyuna hazırlıq üçün yerləşdikləri hoteldən təxliyə ediliblər.

Publika.az xəbər verir ki, bu barədə Qana komandasının rəsmi saytında yayılan bəyanatda deyilir.

“Qətər vaxtı ilə saat 14:30-dan sonra Dohada Qana komandasının mehmanxanasında həyəcan siqnalı işə salınıb ​​və bütün heyət təxliyə edilib. Qətər Yanğınsöndürmə Xidmətinin ekipajı həyəcan siqnalından dərhal sonra əraziyə gəlib. Təxminən 45 dəqiqəlik yoxlamadan sonra hər şeyin təhlükəsiz olduğu və bütün sakinlərin hotel otaqlarına qayıda biləcəyi qeyd edilib”, - bəyanatda vurğulanıb.

Bildirilir ki, hadisə yerinə xüsusi itlər cəlb olunub ki, bu da məlumatın yalan olduğunu dərhal aydınlaşdırmağa kömək edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru