"Mançester Yunayted" Kriştianu Ronaldu ilə müqaviləni pozub

23-11-2022, 00:12           
"Mançester Yunayted" Kriştianu Ronaldu ilə müqaviləni pozub
İngiltərənin "Mançester Yunayted" komandası futbolçusu Kriştianu Ronaldu ilə müqaviləni pozub.

Klubun rəsmi saytı xəbər verir ki, tərəflər qarşılıqlı razılıq əsasında əməkdaşlığı dayandırıblar.

Mançester təmsilçisi portuqaliyalı futbolçuya xidmətlərinə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

37 yaşlı forvard bu yaxınlarda verdiyi müsahibədə "Mançester Yunayted"in ona xəyanət etdiyini söyləyib.

Qeyd edək ki, Kriştianu Ronaldu bu mövsüm mankunyanların heyətində Premyer Liqa və UEFA Avropa Liqasında 16 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.Təcrübəli hücumçu 2003 - 2009-cu illərdə də İngiltərə klubunun formasını geyinib. O, 2021-ci ilin yayında İtaliya "Yuventus"undan "Mançester Yunayted"ə keçib. "Qırmızı şeytanlar"ın heyətində ümumilikdə 346 görüş keçirən Ronaldu 145 dəfə fərqlənib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru