Dünya Çempionatı: Fransa millisi Avstraliyanı darmadağın edib

23-11-2022, 08:18           
Dünya Çempionatı:
Qətərdə keçirilən dünya çempionatının D qrupunda ilk tura yekun vurulub.

Qrupun 2-ci oyununda Fransa millisi Avstraliyanı darmadağın edib – 4:1.

Hesabı 9-cu dəqiqədə Kreyq Qudvinin vurduğu qolla avstraliyalılar açıblar. 27-ci dəqiqədə Adrian Rabyo tarazlığı bərpa edib. 32-ci dəqiqədə Olivye Jiru fransalıları hesabda önə keçirib. 68-ci dəqiqədə Kilian Mbappe 3-cü dəfə rəqibi meydanın mərkəzinə dəvət edib. Son nöqtəni isə 71-ci dəqiqədə Jiru qoyub.

Bu nəticədən sonra son dünya çempionu 3 xalla turnir cədvəlinə başçılıq edir. Danimarka və Tunis hərəyə 1 xalla 2-3-cü yerləri bölüşdürür. Xalı olmayan Avstraliya isə sonuncu sırada qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru