Almaniya Futbol Assosiasiyası FİFA-nı məhkəməyə verə bilər

23-11-2022, 11:24           
Almaniya Futbol Assosiasiyası FİFA-nı məhkəməyə verə bilər
Almaniya Futbol Federasiyası (DFB) Qətərdə keçirilən dünya çempionatında göy qurşağı rəngli kapitan sarğılarının istifadəsinə qadağa qoyulmasına görə Beynəlxalq Futbol Federasiyasını (FİFA) məhkəməyə vermək istəyir.

Belə ki, FİFA LGBT oyunçulara dəstək olaraq qollarına göy qurşağı sarğısı taxdıqlarına görə futbolçuların sarı vərəqə ilə cəzalandırıla biləcəyi bildirib.

“FIFA idman sanksiyaları ilə hədələyərək bizə müxtəliflik və insan hüquqları simvolundan istifadə etməyi qadağan edib. DFB FİFA-nın hərəkətlərinin qanuni olub-olmadığını yoxlamaq niyyətindədir”, - Birliyin sözçüsü Steffen Simon bəyan edib.

Qeyd edək ki, 2022-ci il Dünya Çempionatında Avropanın yeddi ölkəsinin (İngiltərə, Niderland, Belçika, Uels, İsveçrə, Danimarka və Almaniya) milli komandalarının kapitanları FİFA-nın xəbərdarlığından sonra inklüzivliyi dəstəkləyən “One Love” sarğıları taxmaq planlarından imtina ediblər.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru