DÇ-2022: Avropa təmsilçiləri Amerika, Afrika və Asiya yığmalarına qarşı - AFİŞA

23-11-2022, 10:08           
DÇ-2022: Avropa təmsilçiləri Amerika, Afrika və Asiya yığmalarına qarşı - AFİŞA
Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün daha dörd oyun keçiriləcək.

“Report” xəbər verir ki, günün ilk matçı F qrupunda olacaq. Xorvatiya millisi Mərakeşi sınağa çəkəcək.

Bu qrupun digər matçında Belçika yığması Kanada ilə münasibətlərinə aydınlıq gətirəcək.

E qrupunda Almaniya seçməsi Yaponiya, İspaniya isə Kosta-Rika ilə üz-üzə gələcək.

DÇ-2022

23 noyabr

F qrupu

14:00. Mərakeş - Xorvatiya

Baş hakim: Fernando Rapallini (Argentina)

“Əl Bayt” stadionu

23:00. Belçika - Kanada

Baş hakim: Canni Sikazve (Zambiya)

“Əhməd Bin Əli” stadionu

E qrupu

17:00. Almaniya - Yaponiya

Baş hakim: İvan Barton (Salvador)

“Xəlifə” stadionu

20:00. İspaniya - Kosta-Rika

Baş hakim: Məhəmməd Abdulla Məhəmməd (Birləşmiş Ərəb Əmirlikləri)

“Al Tumama” stadionu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru