Tanınmış boksçu 37 yaşında öldü

25-11-2022, 12:13           
Tanınmış boksçu 37 yaşında öldü
Meksikalı boksçu Moyzes Fuentes 37 yaşında vəfat edib.

Axar.az xəbər verir ki, bu barədə Ümumdünya Boks Şurasının (WBC) prezidenti Maurisio Suleyman məlumat verib.

“Son nəfəsinə qədər vuruşan döyüşçü. Ailəsinə və yaxınlarına başsağlığı veririk”, - Süleyman bildirib.

Qeyd edək ki, idmançı 13 ay əvvəl David Kuelyara 4-cü raundda nokautla məğlub olmuşdu. Həmin döyüşdə Moyzes Fuentes başından zədə almışdı. Fuentesdə qan laxtası aşkar edildikdən sonra beyində şişkinliyi azaltmaq üçün komaya salınmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru