İran millisinin türkmən futbolçusu:

26-11-2022, 10:05           
İran millisinin türkmən futbolçusu:
İran millisinin və Almaniyanın “Bayer” klubunun futbolçusu Sərdar Azmun maraqlı açıqlamaları ilə yadda qalıb.


O, türkcə danışaraq Uels seçməsi üzərindəki qələbədən sonra futbolçulardan müsahibə almaq üçün yaxınlaşan TRT müxbirini təəccübləndirib.

Azmun əslən türkmən olduğunu xatırladaraq türkləri çox sevdiyini deyib.

“Türkləri çox sevirəm. Türklər mənim canımdır. Yaşasın türklər!”, - deyə futbolçu bildirib.

O, “Fənərbağça”nı da çox sevdiyini, vaxtilə klubdan təklif aldığını deyib. Azmun “Fənər”ə qol vurduğu üçün üzr istəyərək komandada oynamaq arzusunu dilə gətirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru