İspaniya Almaniya ilə heç-heçə etdi, Xorvatiya və Mərakeşdən qələbə

28-11-2022, 07:46           
İspaniya Almaniya ilə heç-heçə etdi, Xorvatiya və Mərakeşdən qələbə
Qətərdə təşkil olunan DÇ-2022-də qrup mərhələsinin 2-ci turunun oyunları davam edir.

Tribunainfo.az xəbər verir ki, bu gün 4 matç keçirilib.

E qrupunda Bakı vaxtı ilə saat 14:00-da Yaponiya Kosta-Rika ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub. Saat 23:00-da İspaniya Almaniya ilə qarşılaşıb və 1:1 hesablı bərabərə qalıb.

F qrupunda Belçika Mərakeşlə qarşılaşıb. Oyun Mərakeşin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qrupun digər görüşündə isə Xorvatiya Kanada ilə üz-üzə gəlib. Oyun xorvatların 4:1 hesablı qələbəsi ilə başa çatıb. Hər iki görüşdə uduzan Kanada millisi pley-offa çıxmaq şansını itirib.

27 noyabr

E qrupu

23:00. İspaniya – Almaniya – 1:1

Qollar: Alvaro Morata, 62 (1:0), Niklas Fullkruq, 83 (1:1)

Baş hakim: Denni Makkelli (Niderland)

“Əl Bayt” stadionu

14:00. Yaponiya – Kosta-Rika – 0:1

Qol: Keyşer Fuller, 81

Baş hakim: Maykl Oliver (İngiltərə)

“Əhməd İbn Əli” stadionu

F qrupu

20:00. Xorvatiya – Kanada – 4:1

Qollar: Alfonso Deyvis, 2 (0:1), Andrey Kramariç, 36 (1:1), Marko Livaya, 44 (2:1), Andrey Kramariç, 70 (3:1), Lovro Mayer, 90+4 (4:1)

Baş hakim: Andres Matonte (Uruqvay)

“Xəlifə” stadionu

17:00. Belçika – Mərakeş – 0:2

Qollar: Abdelhamid Sabiri, 73, Zakaria Abuxlal, 90+2

Baş hakim: Sesar Arturo Ramos (Meksika)

“Al Tumama” stadionu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru