Ronaldonun “halal” qolunu niyə əlindən aldılar? – FOTOLAR

30-11-2022, 07:46           
Ronaldonun “halal” qolunu niyə əlindən aldılar? – FOTOLAR
Ötən gün dünya çempionatının qrup mərhələsində keçirilən Portuqaliya – Uruqvay oyununda vurulan ilk qol müzakirələrə səbəb oldu.

Əvvəlcə qol Ronaldonun adına yazılsa da, sonradan FİFA qolun müəllifini dəyişib.

Qeyd edək ki, Portuqaliya oyunu 2:0 hesablı qələbə ilə bitirib. Birinci qol epizodunda Ronaldu topa başı ilə zərbə vurmağa çalışıb. Əvvəlcə qolun müəllifi Ronaldu göstərilsə də, sonradan FIFA qolu Fernandeşin adına yazıb. Belə ki, FİFA topa yerləşdirilmiş çip analizinin Ronaldonun topa toxunmadığını göstərdiyini açıqlayıb.

Bruno Fernandeş fərqlənən futbolçu kimi qeyd olunub. Lakin bu gün də xarici mətbuat qolun Ronaldo və ya Bruno tərəfindən vurulduğunu müzakirə edir və ortaya faktlar, fotolar qoyulur.

Məsələ ilə bağlı Kriştianu Ronaldo açıqlama verib. O matçdan sonra soyunub-geyinmə otağından məşhur jurnalist Pier Morqana mesaj göndərib: “Fikrimcə, qolu mən vurmuşdum. Topa toxunduğumu hiss etdim”.

Morqan portuqaliya superulduzun fikirlərini Tvitter hesabında paylaşıb.

Bruno Fernandeş də qolla bağlı danışıb. O bildirib ki, Kriştianu Ronaldo onun etdiyi ötürmə zamanı topa toxunub: “Təklif edirəm ki, qol Ronaldonun adına yazılsın. Çünki həmin vaxt o, topa toxundu”.

Portuqaliya Futbol Federasiyası da dünya çempionatında Uruqvayın qapısından keçirilən birinci qolun məhz Kriştianu Ronaldu tərəfindən vurulması barədə FIFA-ya sübutlar təqdim edib.

Qeyd olunur ki, bu qolun müəllifliyi ilə bağlı yekun qərarı FIFA-nın texniki komissiyası verəcək.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru