Dünya çempionatı: Argentina və Polşa yığmaları 1/8 finala vəsiqə qazanıb

1-12-2022, 09:54           
Dünya çempionatı: Argentina və Polşa yığmaları 1/8 finala vəsiqə qazanıb
Argentina millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 finala yüksəlib.

Cənubi Amerika təmsilçisi buna C qrupunun sonuncu – 3-cü turunda Polşa yığmasını 2:0 hesabı ilə məğlub etməklə nail olub.

Görüşdə hər iki qol 2-ci hissədə vurulub. 46-cı dəqiqədə Aleksis Makallister, 68-ci dəqiqədə isə Xulian Alvares fərqlənib.

Bu nəticədən sonra xallarını 6-ya çatdıran Argentina millisi qrup birincisi kimi pley-offa adlayıb və Avstraliyaya rəqib olub.

Bu qrupdan çıxan digər kollektiv isə Polşa millisi olub. Avropa təmsilçisi Meksika ilə eyni – 4 xala malik olsa da, topların nisbətinə (2:2) Cənubi Amerika kollektivini (2:3) üstələyib və 1/8 finala adlayıb. Avropa təmsilçisi bu mərhələdə Fransa ilə qarşılaşacaq.

Meksika millisi isə Qətərdə keçirilən dünya çempionatında qrupda qalıb. Cənubi Amerika təmsilçisi C qrupunun son turunda Səudiyyə Ərəbistanını 2:1 hesabı ilə məğlub etsə də, 1/8 finala adlaya bilməyib.

Hesabı 48-ci dəqiqədə Enri Martin açıb. 52-ci dəqiqədə Luis Çaves 2-ci topu rəqibin qapısından keçirib. Səudiyyə Ərəbistanının qoluna isə 90+5-ci dəqiqədə Salem Əl-Dosari imza atıb.

Qeyd edək ki, daha əvvəl Fransa, Avstraliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya və Braziliya yığmaları 1/8 finala vəsiqə qazanıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru