Qətər televiziyası Almaniyanı çempionatdan xüsusi “ritualla” yola saldı - FOTO/VİDEO

3-12-2022, 12:13           
Qətər televiziyası Almaniyanı çempionatdan xüsusi “ritualla” yola saldı - FOTO/VİDEO
Almaniya millisi 2022-ci il Dünya Çempionatını tərk etdikdən sonra Qətər televiziyasında məsxərəyə qoyulub.

Yerli telekanalların birində qonaqlar və aparıcılar bir əlləri ilə ağızlarını qapadıb, digər əllərini kameraya yelləyiblər.

“Biz Almaniyanı bu dünya çempionatından belə yola salırıq”, - deyə verilişin sonunda aparıcı qeyd edib.

Bu, almaniyalı futbolçuların Yaponiya ilə oyun öncəsi (1:2) etiraz aksiyasına işarədir. Belə ki, almaniyalı futbolçular komandanın ümumi fotosunda FİFA-ya etiraz olaraq ağızlarını əlləri ilə qapamışdılar. Bu aksiya 2022-ci il Dünya Çempionatı matçlarında komanda kapitanlarına “One Love” sarğısını taxmağın qadağan edilməsinə etiraz olaraq keçirilmişdi.



Mənbə: Sports.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru