Dünya çempionatında son 24 ilin antirekordu qeydə alınıb

4-12-2022, 00:03           
Dünya çempionatında son 24 ilin antirekordu qeydə alınıb
Qətərdə keçirilən futbol üzrə dünya çempionatında son 24 ilin antirekordu qeydə alınıb.
5 komandanın qrupu məğlubiyyətsiz başa vurması 32 yığmanın iştirakı ilə 8 qrupdan ibarət təşkil olunan formatda ən aşağı göstəricidir.
DÇ-1998 və DÇ-2002-də 12, DÇ-2006-da 11, 2010, 2014 və 2018-ci illərdəki dünya çempionatlarında isə 9 komanda qrupda məğlub olmayıb. Budəfəki mundialda yalnız Niderland, İngiltərə, ABŞ, Mərakeş və Xorvatiya qrupu yenilgi üzü görmədən tamamlayıb.
Qeyd edək ki, qrup mərhələsində Niderland, İngiltərə, Mərakeş 7 xal, ABŞ-la Xorvatiya 5 xal toplayıb. Turnirin 1/8 finalına bu gün keçiriləcək oyunlarla start veriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru