Braziliya millisinin iki futbolçusu üçün mundial başa çatdı

3-12-2022, 22:37           
Braziliya millisinin iki futbolçusu üçün mundial başa çatdı
Braziliya millisi ciddi itkilərlə üzləşib.

Qol.az “Globe Esporte”yə istinadən xəbər verir ki, komandanın hücumçusu Qabriel Jesus və müdafiəçi Aleks Telles sıradan çıxıb. Hər ki futbolçu dizindən xəsarət alıb.

Jesus təxminən 1 ay yaşıl meydanlardan kənarda qalacaq. Tellesinin isə durumunun daha ciddi olduğu və onun əməliyyat ediləcəyi bildirilib. Bu isə o deməkdir ki, futbolçular üçün DÇ-2022 erkən başa çatıb.

Qeyd edək ki, “Sambaçılar” mundialın 1/8 finalında Cənubi Koreya ilə qarşılaşacaq. Dekabrın 5-də keçiriləcək matç Bakı vaxtilə saat 23:00-da başlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru