DÇ-2022: Argentina Avstraliya ilə oyunda fasiləyə öndə yollanıb

4-12-2022, 00:05           
DÇ-2022: Argentina Avstraliya ilə oyunda fasiləyə öndə yollanıb
Qətərdə keçirilən dünya çempionatında Argentina və Avstraliya yığmaları arasında 1/8 final mərhələsinin oyununda birinci hissə başa çatıb.

"Report"un məlumatına görə, Cənubi Amerika təmsilçisi fasiləyə 1:0 hesabı ilə üstün yollanıb.

35-ci dəqiqədə Lionel Messi fərqlənib.

23:36

Qətərdə keçirilən dünya çempionatında Argentina və Avstraliya yığmaları arasında 1/8 final mərhələsinin oyununda hesab açılıb.

“Report”un məlumatına görə, Lionel Messi 35-ci dəqiqədə Argentina yığmasını hesabda önə keçirib.

23:00

Qətərdə keçirilən dünya çempionatında Argentina və Avstraliya yığmaları arasında 1/8 final mərhələsinin oyunu start götürüb.

“Report”un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

21:47

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində qarşılaşacaq Argentina və Avstraliya yığmalarının start heyətləri açıqlanıb.

“Report”un məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

Argentina: 23. Emiliano Martinez, 26. Molina Nahuel, 13. Kristian Romero, 19. Nikolas Otamendi, 8. Markos Akunya, 20. Aleksis Makallister, 7. Rodriqo De Paul, 24. Entso Fernandes, 17. Papu Qomez, 10. Lionel Messi, 9. Julian Alvares

Avstraliya: 1. Metyu Rayan, 19. Harri Suttar, 4. Kay Rouls, 16. Aziz Behiç, 2. Miloş Degenek, 13. Aaron Muy, 22. Cekson İrvin, 26. Keanu Bakus, 7. Mettyu Leki, 15. Mitçell Dyuk, 14. Rayli Makqri

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru