Messi karyerasında ilkə imza atdı

4-12-2022, 10:06           
Messi karyerasında ilkə imza atdı
Qətərdə keçirilən dünya çempionatının pley-off mərhələsində Avstraliya millisi ilə qarşılaşmada Argentina millisinin kapitanı Lionel Messi fərqlənməklə karyerasında ilkə imza atıb.

Publika.az əbər verir ki, matçın 35-ci dəqiqəsində Avstraliya millisinin qapısına yol tapmağı bacaran Messi iştirak etdiyi dünya çempionatları tarixində ilk dəfə pley-off mərhələsində qol vurub. Bu, 35 yaşlı futbolçunun mundiallarda iştirak etdiyi 22-ci oyununda 9-cu qol olub. Messi bu göstərici ilə Dieqo Maradona (21 oyun, 8 qol) və Kriştiano Ronaldonu (18 matç, 8 qol) qabağlamağı bacarıb.

Uve Zeeler, Karl-Hayants Rummeniqqe (Almaniya), Roberto Baco, Paolo Rossi, Kristian Vyeri (İtaliya), Jairzino, Vava (Braziliya), David Vilya (İspaniya) və Eysebio (Portuqaliya) da dünya çempionatlarında 9 qol vurublar.

Argentina-Avstraliya matçı Messinin peşəkar karyerasında 1000-ci oyun olub. Forvard İspaniyanın "Barselona" klubunda 778, hazırkı klubu Fransa PSJ-sində 53, yığmada isə 169 dəfə meydana çıxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru