Tayson Fyuri Çisoranı məğlub edərək WBC titulunu qorudu
4-12-2022, 10:14
İki britaniyalı arasında Londonda baş tutan döyüş dünən boksun əsas hadisəsi oldu.
Publika.az xəbər verir ki, Tayson Fyuri onuncu raundda texniki nokautla Çisoranı məğlub edib.
İdmançılar üç dəfə qarşılaşıblar və onların hər biri Fyurinin qələbəsi ilə başa çatıb.
Ümumilikdə, Tayson Fyuri karyerasında 34 döyüşdə 1 heç-heçə edib, 33 qələbə qazanıb. Çisora peşəkar boks karyerasında 45 döyüşdə 13-cü məğlubiyyətini alıb.