DÇ-də ən çox qol vuran “Barselona” futbolçularıdır

4-12-2022, 11:38           
DÇ-də ən çox qol vuran “Barselona” futbolçularıdır
“Barselona” dünya çempionatında oyunçularının qollarının sayına görə klublar arasında birinci olub.

DÇ-2022-nin 1/8 final mərhələsinin Niderland - ABŞ matçında kataloniyalı hücumçu Memfis Depay matçın 10-cu dəqiqəsində “narıncıları” irəli çıxarıb. Bu qol “Barselona”nın futbolçuları üçün DÇ matçlarında 80-ci qol olub.

Depaydan başqa, Qətərdəki turnirdə digər “katalonlar” da fərqləniblər: İspanlar Ferran Torres (2) və Qavi, polyak Robert Levandovski, danimarkalı Andreas Kristensen və niderlandlı Frenki de Yonq.

Dünya çempionatlarında 79 qolu “Bavariya”, 75-ini “Real”, 71-ini isə “İnter”in futbolçuları vurublar.

Mənbə: championat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru