FİFA rəhbəri futbol əfsanələrinə hakimlik etdi

13-12-2022, 10:24           
FİFA rəhbəri futbol əfsanələrinə hakimlik etdi
Beynəlxalq Futbol Federasiyasının (FİFA) rəhbəri Canni İnfantino oyunçuları dəyişdirmək üçün elektron tablodan istifadə etməyi öyrənib.

Bazar ertəsi Dohada futbolun əfsanələri olan oyunçularla Qətərdə keçirilən dünya çempionatının işçiləri arasında yoldaşlıq oyunu keçirilib.

Matçın fasiləsində futbol hakimi formasında meydana çıxan İnfantino üzərində 2022 yazılan tablonu yuxarı qaldırıb. FİFA rəhbərinə cihazın necə işlədiyi izah edilib.

Matçda Braziliya millisinin heyətində ikiqat dünya çempionu Kafu, beşqat İngiltərə çempionu Con Terri, 2002-ci ildə dünya çempionu braziliyalı Roberto Karlos, 2006-cı ildə dünya çempionatının qalibləri italiyalılar Marko Materasi və Alessandro Del Pyero, eləcə də digər məşhur keçmiş futbolçular iştirak ediblər.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru