Dünyanın keçmiş bir nömrəli tennisçisi həbsxanadan azad edildi

16-12-2022, 15:49           
Dünyanın keçmiş bir nömrəli tennisçisi həbsxanadan azad edildi
Almaniyalı keçmiş tennisçi, vaxtilə dünyanın bir nömrəli raketka ustası olan Boris Bekker Britaniyada həbsdən azad edilib.

Altıqat Böyük Dəbilqə çempionu əcnəbiləri vətənlərinə deportasiya etməklə yerli həbsxanaların yükünü azaltmaq üçün nəzərdə tutulmuş proqram çərçivəsində sərbəst qalıb.

2022-ci ilin aprelində Bekker müflis elan edildikdən sonra yüz minlərlə funt sterlinq dəyərində aktivlərini gizlətdiyinə görə mühakimə olunub və iki il yarım müddətinə azadlıqdan məhrum edilib. Alman bütün ittihamları rədd edib, hətta iflas prosesinin bir hissəsi olaraq toy üzüyünü də təklif edib.

Xatırladaq ki, 2002-ci ildə Almaniyada Boris Bekker vergidən yayınmaqda təqsirli bilinib və buna görə şərti həbs cəzası alıb.

Mənbə: rossaprimavera.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru