Mərakeş Fransa ilə oyundakı hakimdən FİFA-ya şikayət etdi

16-12-2022, 11:44           
Mərakeş Fransa ilə oyundakı hakimdən FİFA-ya şikayət etdi
Mərakeş Kral Futbol Federasiyası Qətərdə keçirilən dünya çempionatının yarımfinal mərhələsinin Fransa ilə oyundakı hakim heyəti ilə bağlı Beynəlxalq Futbol Federasiyasına (FİFA) şikayət edib.

Bu barədə cümə axşamı Mərakeş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Fransa dünya çempionatının yarımfinalında çərşənbə günü Mərakeşliləri 2:0 hesabı ilə məğlub edib. Görüşün baş hakimi meksikalı Arturo Ramos Palazuelos olub. Mərakeş Federasiyası rəhbərliyinin sözlərinə görə, hakim Afrika yığmasının xeyrinə iki penaltini təyin etməyib. Qurum video köməkçi hakim (VAR) sisteminin bu anlara reaksiya verməməsindən də xeyli təəccübləndiyini dilə gətirib.

Qeyd edək ki, Mərakeş millisi dekabrın 17-də Xorvatiya yığması ilə üçüncü yer uğrunda oyuna çıxacaq. Fransızlar isə ertəsi gün dünya çempionatının finalında Argentina ilə qarşılaşacaq.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru