Deşam sualı cavablandırmaqdan imtina etdi, Benzemadan eyhamlı paylaşım - FOTO
18-12-2022, 00:12
Zədədən qayıtmasına baxmayaraq, Kərim Benzema DÇ-2022-nin finalında Argentinaya qarşı matçda iştirak etməyəcək. TEREF.Az xəbər verir ki, 34 yaşlı hücumçu instaqram hesabında paylaşım edib, "maraqlanmıram", ifadəsi ilə final matçında oynamayacağına eyham vurub.
Fransa millisinin baş məşqçisi Didye Deşam final matçından öncə baş tutan mətbuat konfransında Benzemanın iştirakı ilə bağlı sualı cavablandırmaqdan imtina edib, daha sonra isə sualın qəribə olduğunu deyib.
"Bu sualı cavablandırmaq istəmirəm. Növbəti suala keçək, üzr istəyirəm... Daha öncə zədələnən futbolçularım olub. Kərim də onlardan biridir. Sonuncu zədələnən Lukas Hernandesdir. O vaxtdan bəri idarə etməli olduğum 24 futbolçu var. Bu futbolçular barədə sual ünvanlamaq qəribədir. Futbolçulara dəvət mənim işim deyil, istər keçmiş oyunçular olsun, istərsə də zədəlilər. Kimin orada olacağını bilmirəm".
Qeyd edək ki, Fransa - Argentina matçı dekabrın 18-də Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.\\Offsideplus.az