Rafael Ağayev çempionluq kəmərini qazandı - VİDEO

18-12-2022, 11:46           
Rafael Ağayev çempionluq kəmərini qazandı - VİDEO
Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayev peşəkarların mübarizə apardığı "Karate Combat"da ağır çəkidə titul görüşünə çıxıb.

Publika.az xəbər verir ki, 37 yaşlı idmançı ABŞ təmsilçisi Reymond Denielslə üz-üzə gəlib. Rəqibini məğlub edən Ağayev çempionluq kəmərinə sahib çıxıb.

Qeyd edək ki, Rafael Ağayev 2018-ci ildən "Karate Combat"da mübarizə aparır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru