FİFA prezidentini biabır etdi

18-12-2022, 11:54           
FİFA prezidentini biabır etdi
Almaniya yığmasının sabiq müdafiəçisi Filip Lam FİFA rəhbəri Canni İnfantinonu tənqid edib.

Publika.az xəbər verir ki, Lam “RedaktionsNetzwerk Deutschland” üçün köşə yazısında İnfantinonu FİFA-nın imicinə zərbə vurmaqda ittiham edib:

“Onun rəhbərliyi dövründə FİFA daha da etibarsız hala gəlib. Getdikcə daha açıq görünür ki, İnfantino futbolun maraqlarına uyğun ən yaxşı həll yollarını axtarmır. Onda, sadəcə olaraq dürüstlük çatışmır.

Onun hər hansı dəyişiklik etmək istəyi ilə bağlı məndə təəssürat yoxdur. O, sadəcə olaraq futboldan faydalanır. Bu isə futbolun yox, Avropada yerləşən FİFA-nın problemidir.

Vəziyyəti dəyişdirməyin yeganə yolu dünya çempionatının ev sahiblərinin seçilməsi üçün şəffaf prosedurun yaradılmasına nail olmaqdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru