Messi FİFA-nın qaydalarını belə pozdu – FOTOFAKT

20-12-2022, 09:14           
Messi FİFA-nın qaydalarını belə pozdu – FOTOFAKT
Argentina milllisinin kapitanı Lionel Messi DÇ-2022-nin finalında Fransaya qalib gəldikləri oyundan sonra keçirilən mükafatlandırma mərasimində FİFA-nın qaydalarını pozub.

Teref.az Publika.az-a istinadən xəbər verir ki, Messi kuboku başı üzərinə qaldırarkən Qətər əmirinin ona hədiyyə etdiyi üst geyimində olub. Bu isə FİFA təlimatının 27-ci maddəsinə ziddir. Həmin maddədə qeyd olunub ki, final matçında bayram geyimlərindən yalnız FİFA-nın rəsmi tədbirləri başa çatdıqdan sonra istifadə oluna bilər. Həmin vaxt ərzində futbolçular müvafiq oyun üçün nəzərdə tutulan formaları geyinməlidir.

Ərəb mədəniyyətini simvolizə edən libası geyinərkən FİFA prezidenti Canni İnfantino da Messinin yanında olub və o, buna heç bir reaksiya verməyib.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru