DÇ-2022-nin ən populyar azarkeşi Messiyə görə FIFA-ya qəzəbləndi – FOTO

20-12-2022, 11:53           
DÇ-2022-nin ən populyar azarkeşi Messiyə görə FIFA-ya qəzəbləndi – FOTO
Məşhur xorvat futbol azarkeşi İvana Knoll 2022-ci il dünya çempionatının ən yaxşı oyunçusu kimi “Qızıl top” mükafatının Fransa millisinin hücumçusu Kilian Mbappeyə deyil, Argentina yığmasının hücumçusu Lionel Messiyə verilməsindən qəzəblənib.

“FIFA, sən “Qızıl top”u səhv adama verdin! Argentina qalib ola bilər, amma “Qızıl top”a Mbappe layiqdir”, - Knoll sosial şəbəkədəki səhifəsində yazıb.

Qeyd edək ki, Messi DÇ-2022-də 7 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə edib. O, “Qızıl top”a layiq görülməyib, sadəcə finalın ən yaxşı oyunçusu seçilib. Argentina finalda Mbappeli Fransanı məğlub etdi (3-3, 4-2 pen.). Fransalı hücumçu yeddi oyunda səkkiz qol vurub və iki məhsuldar ötürmə edib və turnirin bombardiri olub.

Mənbə: championat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru