Təbrik edirik! - Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti Azər Əsgərova yubiley medalı təqdim olunub

20-12-2022, 11:53           
Təbrik edirik! -
TEREF.AZ: Azərbaycan Cüdo Federasiyası (ACF) İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı, “Judo Club 2012” İctimai Birliyinin sədri Azər Əsgərov ölkəmizdə cüdonun inkişafında göstərdiyi xidmətlərə görə “Azərbaycanda cüdosu – 50” yubiley medalı ilə təltif olunub.

“Judo Club 2012” idman klubunda medalın təqdim edilməsinə həsr olunmuş tədbir keçirilib. ACF prezidentinin müşaviri Natiq Bağırov tədbirdə çıxış edərək Azər Əsgərovun ölkəmizdə cüdo idman növünün inkişafındakı xidmətlərindən, veteran idmançılar üçün hərtərəfli şərait yradılmasına və yeni cüdoçular nəslinin yetişdirilməsinə göstərdiyi diqqət və qayğıdan danışıb. Paytaxtın müasir idman qurğularından olan “Judo Club 2012”nin qapılarının cüdo ailəsinin üzünə daim açıq olduğunu vurğulayan müşavir buna görə federasiya adından klubun rəhbərliyinə təşəkkürünü bildirib və yubiley medalını Azər Əsgərova təqdim edib.
Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını, dövlətmizin başçısının hər zaman idmançıları yüksək dəyərləndirdiyini xatırladan Azər Əsgərov bunun qürur və minnətdarlıq hissi doğurduğunu bildirib, yubiley medalı ilə təltif olunduğuna görə ACF rəhbərliyinə təşəkkür edib. O, ölkəmizdə şanlı tarxi olan cüdonun təblği və inkişafı üçün bundan sonra da böyük həvəslə çalışacağını qeyd edib.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru