Lui van Qal məşqçilik karyerasını başa vurub

21-12-2022, 10:34           
Lui van Qal məşqçilik karyerasını başa vurub
Niderland millisinin keçmiş baş məşqçisi Lui van Qal karyerasını başa vurub.

Bu barədə 71 yaşlı mütəxəssis özü açıqlamasında bildirib.

Qətərdə keçirilən dünya çempionatında Niderland yığmasına rəhbərlik edən çalışdırıcı yenidən məşqçilik karyerasını bitirdiyini deyib. Ancaq o, Portuqaliya millisini çalışdırmaq təklifi alarsa, bunu dəyərləndirəcəyini də gizlətməyib.

Qeyd edək ki, Niderland yığması DÇ-2022-nin 1/4 final mərhələsində Argentina millisinə məğlub olub. 2014-2016-cı illərdə “Mançester Yunayted”də çalışdıqdan sonra karyerasını bitirdiyini açıqlayan Lui Van Qal 2021-ci ildə Niderland yığmasının sükanı arxasına keçib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru