Dünyanın ən çox qazanan qadın idmançıları məlum oldu

23-12-2022, 11:24           
Dünyanın ən çox qazanan qadın idmançıları məlum oldu
Yaponiyalı tennisçi Naomi Osaka dünyanın ən çox qazanan qadın idmançısı seçilib.

İllik reytinqi “Forbes” tərtib edib.

Osaka ardıcıl üçüncü ildir ki, siyahıya başçılıq edir. 25 yaşlı tennisçi il ərzində 51,1 milyon dollar qazanıb ki, bunun da 50 milyonu idmandan kənar gəlirlərdir.

Qeyd olunur ki, yapon qadının qazancı onun sahibkarlıq fəaliyyəti ilə bağlıdır.

Reytinqdə ikinci yerdə 2022-ci ildə 41,3 milyon dollar qazanan tennisçi Serena Uilyamsdır.

İlk üçlüyə 20,1 milyon dollarla amerikalı çin əsilli fristaylçı Eylin Qu düşüb.

Qeyd edək ki, Osaka iki dəfə ABŞ Açıq çempionatının qalibi olub. O, 2019-cu ildə Qadın Tennis Assosiasiyasının reytinqində birinci yeri tutub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru