Kişilərin sinxron üzgüçülüyü Olimpiada proqramına salındı

23-12-2022, 12:15           
Kişilərin sinxron üzgüçülüyü Olimpiada proqramına salındı
Sinxron üzgüçülük üzrə ixtisaslaşan kişilər Olimpiya Oyunlarında iştirak edə biləcəklər.

Bu qərarı Beynəlxalq Olimpiya Komitəsi qəbul edib.

Yarışların debütü 2024-cü ildə Parisdə keçiriləcək Olimpiadada olacaq.

Düzdür, hələlik kişilər qadınlarla ümumi əsasda qrup yarışlarında iştirak edəcəklər. Yeni qaydalara əsasən, komandada maksimum iki sinxron üzgüçü ola bilər.

Beynəlxalq Üzgüçülük Federasiyasının rəhbəri Hüseyn Əl-Müsəllam BOK-un bu qərarını yüksək qiymətləndirib: “Bu, sinxron üzgüçülük tarixində əlamətdar hadisədir. İdmanın inklüzivlik istiqamətində təkamülü sürətlə davam edir”, - deyə o, bildirib.

Mənbə: vesti.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru