KİV: Fransa Futbol Federasiyası Kərim Benzemaya qarşı kampaniyaya başlayıb

23-12-2022, 23:59           
KİV: Fransa Futbol Federasiyası Kərim Benzemaya qarşı kampaniyaya başlayıb
Fransa Futbol Federasiyası İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kərim Benzemaya qarşı aqressiv kampaniyaya başlayıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə CNN və “New York Times”ın jurnalisti Roman Molina şəxsi hesabında yazıb.Onun sözlərinə görə, qurum digər oyunçulardan 35 yaşlı hücumçunun paylaşımlarının bəyənilməməsini istəyib.

Forvard dekabrın 19-da Fransa yığmasındakı karyerasını başa vurduğunu açıqlayıb. Təcrübəli oyunçu komanda ilə Qətərdəki dünya çempionatına getsə də, mundialdan əvvəl zədələnərək heyətdən çıxarılıb.
Benzema final görüşü üçün ölkə prezidenti Emanuel Makrondan dəvət alsa da, Qətərə getməkdən imtina edib. Hücumçu və baş məşqçi Didye Deşam arasındakı pis münasibət haqqında insayderlər dərhal məlumat əldə ediblər.
Mütəxəssis təcrübəli futbolçunu AVRO-2016-ya çağıracağına söz versə də, buna əməl etməyib. Benzema millidə Kilian Mbappe ilə dostdur və öz təsirlərindən istifadə edərək bəzi futbolçuların oynamasına şərait yaradıblar. Bəzilərini isə öz üslublarından asılı olaraq ehtiyatda saxlayıblar.
Federasiya artıq Aurelien Çuameniyə qəzəblənib, çünki o, Benzemanı açıq şəkildə dəstəkləyib.
Qeyd edək ki, Fransa DÇ-2022-nin finalında Argentinaya məğlub olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru