Mourinyo Braziliya millisinin baş məşqçisi postuna əsas namizəddir

24-12-2022, 09:40           
Mourinyo Braziliya millisinin baş məşqçisi postuna əsas namizəddir
Joze Mourinyo Braziliya millisinin baş məşqçisi postuna əsas namizəddir.

Məlumata görə, “Roma”nın hazırkı çalışdırıcısı ilə təkcə Portuqaliya deyil, Braziliya millisinin nümayəndələri də əlaqə saxlayıblar.

Braziliya Futbol Konfederasiyasının (CFB) təmsilçiləri Mourinyonun yaxınları ilə təmasa keçərək onunla danışıqlar aparmaq üçün vasitəçi göndərəcəklərini bildiriblər.

Vasitəçiyə Jozeni Braziliyanın məşqçisi olmağa razı salmaq tapşırılacaq.

Braziliya yanvarın sonuna qədər 59 yaşlı mütəxəssisdən cavab gözləyəcək.

Mənbə: sports.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru