İLGİNC AÇIQLAMA: Ronaldu heç bir Avropa klubuna pulsuz da lazım deyil

25-12-2022, 09:56           
İLGİNC AÇIQLAMA:
Kriştiano Ronaldu heç bir Avropa klubuna pulsuz da lazım deyil.

Publika.az xəbər verir ki, bu barədə "The Times" yazır.

Əsas səbəb 37 yaşlı portuqaliyalının qalmaqallı şəkildə "Mançester Yunayted"i tərk etməsi, həmçinin Qətərdə keçirilən dünya çempionatında Portuqaliya yığmasının tərkibində statusunu itirməsi olub.

Bildirilir ki, klublar futbolçunun yaşını, potensial maaşını dəyərləndirib və futbolçunun komandaya pulsuz gəlişində belə xərclərin əsassız olacağı qənaətinə gəliblər. İndi portuqaliyalının klubu yoxdur və azad agentdir.

Nəşr yazır ki, ona Qətər və Səudiyyə Ərəbistanından təklif var, lakin Ronaldonun özü Avropa Çempionlar Liqasında çıxış edən klubda oynamağa üstünlük verir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru