ƏRDOĞAN: “RONALDONU BİTİRDİLƏR”

26-12-2022, 10:14           
ƏRDOĞAN: “RONALDONU BİTİRDİLƏR”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun siyasi sanksiyalara məruz qaldığını bildirib.

Gənclərlə bir araya gələn Ərdoğan onların suallarını cavablandırıb.

“Ronaldu Fələstin məsələsinin qayğısına qalan biridir. Təəssüf ki, Ronalduya qarşı siyasi sanksiyalar tətbiq etdilər. Ronaldu ilə Messini müqayisə etmək bizə yaraşmaz, amma Ronaldunu bitirdilər. Ronaldu kimi futbolçunu ikinci hissəyə qoymaq heç düzgün deyil. Baş verənlər Ronaldunun psixologiyasını və bütün enerjisini əlindən aldı.

Ərdoğan Ronaldunun hansı kluba keçəcəyini də deyib: “Mənə verilən məlumata görə, Ronaldu indi Səudiyyə Ərəbistanın klubu ilə anlaşıb”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru