Qətərdə “Messi muzeyi” yaradılmayacaq

29-12-2022, 12:34           
Qətərdə “Messi muzeyi” yaradılmayacaq
Dohadakı Qətər Universiteti 2022-ci il dünya çempionatı zamanı Argentina millisinin lideri Lionel Messinin yaşadığı otaqda muzey yaratmaq fikrində deyil.

Təhsil ocağı bu barədə yayılan məlumatları təkzib edib.

“Universitet nümayəndəsinin sözləri yanlış şərh edilib, universitet belə bir muzey açmağı planlaşdırmır”, - deyə müəssisədən bildirilib.

Qeyd edək ki, dekabrın 18-də dünya çempionatının finalında Argentina millisi Fransa seçməsinə qalib gələrək kubokun yeni sahibi olub.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru