Ronaldo işçi axtarır - Yüksək məvacib vəd edir

29-12-2022, 13:03           
Ronaldo işçi axtarır - Yüksək məvacib vəd edir
Azad agent statusuna malik olan portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo villasına işçilər axtarır.

Publika.az xəbər verir ki, 37 yaşlı hücumçunun ölkəsində yerləşən evinə bağban, aşbaz və qulluqçu axtarılır. Ronaldo işçilərə aylıq 6000 avro maaş verəcək. İşə qəbul olunacaq şəxslər gizlilik müqaviləsi imzalamalıdır.

Qeyd edək ki, Kriştiano Ronaldo Lissabondan 40 km məsafədə yerləşən həmin villanı bir neçə ay öncə 20 milyon avroya alıb. Malikanə Portuqaliyada ən bahalı mülk hesab olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru