Kriştiano Ronaldonun yeni klubu məlum olub. Teref.az xarici mediaya istinadən xəbər verir ki, Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun təklifini qəbul edib. “Mançester Yunayted”lə müqaviləsinə xitam verən Kriştiano Ronaldo “Əl-Nassr”la 2,5 illik müqavilə imzalayacaq. Ronaldo ilk yarı mövsümdə 100 milyon avro, sonrakı 2 mövsümdə isə 200 milyon avro olmaqla cəmi 500 milyon avro xalis gəlir əldə edəcək.