Ronaldo “Əl-Nəsr”ə transferdən əvvəl “Real”dan zəng gözləyirmiş

1-01-2023, 11:57           
Ronaldo “Əl-Nəsr”ə transferdən əvvəl “Real”dan zəng gözləyirmiş
İki gün əvvəl Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçən Kriştiano Ronaldonun son ana qədər “Real”dan (Madrid) təklif alacağını gözləyirmiş.

Qol.az xəbər verir ki, bu haqda “Marca” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, 37 yaşlı portuqaliyalı formada qalmaq üçün madridlilərin bazasında məşq etdiyi günlərdə mümkün əməkdaşlıqla bağlə klub rəhbərliyindən zəng gözləyirmiş.

Qeyd olunur ki, sonradan hücumçu özü də yüksək səviyyəli Avropa klubuna qayıtmaq şanslarının az olduğunu anlayıb.

Xatırladaq ki, Ronaldonun “Əl-Nəsr”də ilinə 200 milyon avro qazanacağı bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru