Pelenin dəfnində selfi çəkdirdi və qınaq səbəbi oldu - FOTO

3-01-2023, 17:56           
Pelenin dəfnində selfi çəkdirdi və qınaq səbəbi oldu - FOTO
FIFA prezidenti Canni İnfantino əfsanəvi Pelenin dəfn mərasimindəki davranışı ilə qınağa tuş gəlib.

Day.Az xəbər verir ki, "Santos" stadionuna mərhumla vidalaşmağa gələn minlərlə insan arasında olan ali futbol qurumunun rəhbəri tabutun önündə selfi çəkib.

İtaliya əsilli isveçrəli futbol funksionerinin bu hərəkəti sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Dəfn mərasimində cibindən mobil telefonunu çıxarmaqdan çəkinməyən İnfantinonun gülümsəyərək selfi çəkməsi Pelenin yaxınlarına hörmətsizlik kimi dəyərləndirilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru