Ronaldu “Əl-Nəsr”ə keçidi barədə: “Bu, karyeramın sonu deyil”

4-01-2023, 08:16           
Ronaldu “Əl-Nəsr”ə keçidi barədə: “Bu, karyeramın sonu deyil”
Kriştianu Ronaldu bildirib ki, “Əl-Nəsr”ə keçid onun karyerasının sonu demək deyil. 37 yaşlı hücumçu Səudiyyə klubu ilə 2025-ci ilin yayına qədər müqavilə imzalayıb.

“Mənim üçün bura gəlmək karyeramın sonu deyil. Ona görə də dəyişiklik gətirmək istəyirəm və düzünü desəm, insanların nə dediyi məni maraqlandırmır. Mən qərar vermişəm və buna görə məsuliyyət daşıyıram.

Bilirəm ki, bu, çox rəqabətli çempionatdır. İnsanların çoxu bunu bilmir, amma mən çoxlu matçlara baxdığım üçün bilirəm. Qarşılaşmaları səbirsizliklə gözləyirəm və ümid edirəm ki, əgər məşqçi düzgün an olduğunu düşünsə, sabahkı gün oynayacağam. Mən futboldan və insanlarla ünsiyyətdən həzz almağa davam etməyə hazıram”, - Ronaldu bəyan edib.

Kriştianu əlavə edib ki, Səudiyyə Ərəbistanı 2022-ci il dünya çempionatında çempionu məğlub edən yeganə komandadır.

“Son 10-15 ildə futbol dəyişib”, - deyə portuqaliyalı qeyd edib. (Mənbə: sports.ru)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru