“Mançester Yunayted”dən qələbə, “Arsenal” büdrədi – YENİLƏNİB + VİDEO

4-01-2023, 12:04           
“Mançester Yunayted”dən qələbə, “Arsenal” büdrədi – YENİLƏNİB + VİDEO
İngiltərə Premyer Liqasında 19-cu turun daha bir oyunu başa çatıb.

“Mançester Yunayted” doğma meydanda “Bornmut”u qəbul edib. “Old Trafford”dakı oyun “qırmızı şeytanlar”ın üstünlüyü ilə keçib.

Bu, yekun nəticədə də öz əksini tapıb. Belə ki, ev sahibləri qonaqların qapısından 3 cavabsız top keçiriblər – 3:0.


01:42

İngiltərə Premyer Liqasında 19-cu turun oyunları davam edir.

Lider “Arsenal” bu mövsümü gözlənildiyindən daha yaxşı keçirən və hazırda turnir cədvəlinin yuxarı pillələrində qərarlaşan “Nyukasl”ı qəbul edib. “Emireyts”dəki qarşılaşmada tamaşaçılar qola həsrət qalıblar - 0:0.

Turun digər oyunlarında “Brayton” səfərdə “Everton”un qapısına 4 qol vurub – 1:4. “Lester” isə öz meydanında “Fulhem”ə uduzub – 0:1.

Xatırladaq ki, turun açılış matçında “Liverpul” “Brentford”a məğlub olub (1:3). Tura cümə axşamı “Çelsi” - “Mançester Siti” oyunu ilə yekun vurulacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru