"1 milyard dollarlıq foto": Ronaldo transferinin yeni detalları üzə çıxdı

6-01-2023, 11:16           
"1 milyard dollarlıq foto": Ronaldo transferinin yeni detalları üzə çıxdı
“Əl-Nəsr” klubuna transfer olan Kristiano Ronaldonun müqaviləsi 2,5 illik olsa da, ümumilikdə 7 ili əhatə edir.

Metbuat.az “Ntvspor”a istinadən xəbər verir ki, Ronaldo klubla müqaviləsi bitəndən sonra Səudiyyə Ərəbistanında futbol səfiri kimi çalışacaq. Onun 7 il ərzində ümumilikdə 1 milyard dollardan çox qazanacağı irəli sürülür. 2,5 illik müqavilə dövründə isə Ronaldonun hər il reklam gəlirləri ilə bilikdə 225 milyon dollar qazanacağı gözlənilir. Bununla da Ronaldo idman dünyasının ən çox qazanan şəxsi olub.

Məlumata görə, fikir ayrılığına görə, menecer Jorje Mendeslə əlaqələri dayandıran Ronaldonun “Əl-Nəsr”klubu ilə danışıqlarını onun şəxsi meneceri Rikardo Regufe aparıb. Rikardo Regufe də Ronaldo transferindən 30 milyon dollara yaxın pul qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru