2022-ci ilin ən yaxşı gənc futbolçusunu açıqlanıb

6-01-2023, 10:54           
2022-ci ilin ən yaxşı gənc futbolçusunu açıqlanıb
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ilin ən yaxşı gənc futbolçusunu açıqlayıb.

“Report” IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, bu ada İngiltərə millisinin və Almaniyanın “Borussiya” (Dortmund) klubunun yarımmüdafiəçisi Cud Bellingem layiq görülüb. 20 yaşlı orta sahə oyunçusu 115 xalla bütün rəqiblərini geridə qoyub.

İkinci yeri Almaniya yığmasının üzvü Camal Musiala (95 xal) tutub. İlk “3-lüy”ü 55 xalla xorvatiyalı Yoşko Qvardiol tamamlayıb.

2021-ci ildə bu nominasiyanın qalibi olan ispaniyalı yarımmüdafiəçi Pedri bu dəfə 6-cı yerdə qərarlaşıb.

Yer

Futbolçu

Ölkəsi

Klubu

Xal

1

Cud Bellingem

İngiltərə

“Borussiya” (Dortmund, Almaniya)

115

2

Camal Musiala

Almaniya

“Bavariya”

95

3

Yoşko Qvardiol

Xorvatiya

“Leypsiq” (Almaniya)

55

4

Qavi

İspaniya

“Barselona”

35

5

Eduardo Kamavinqa

Fransa

“Real” (İspaniya)

30

6

Pedri

İspaniya

“Barselona”

20

7

Kərim Adeyemi

Almaniya

“Zalsburq”/“Borussiya” (Dortmund)

15

8

Nuno Mendeş

Portuqaliya

PSJ (Fransa)

10

9

Yunus Musa

ABŞ

“Valensiya” (İspaniya)

5

10

Ansu Fati

İspaniya

“Barselona”

5












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru