Gimnastlarımız Riqada qızıl və gümüş medallar qazandılar

19-03-2023, 10:24           
Gimnastlarımız Riqada qızıl və gümüş medallar qazandılar
Batut gimnastikası üzrə Azərbaycan yığması Latviyanın paytaxtı Riqada keçirilən beynəlxalq turnirdə 3 qızıl, 1 gümüş medal qazanıb.

Teleqraf.com xəbər verir ki, fərdi proqramda Selcan Mahsudova, Samirə Hüseynova, Hüseyn Abbasov birinci, Mehdi Əliyev ikinci yeri tutub.

Mahsudova böyüklər, Hüseynova 11-12 yaşlılar, Abbasov 15-16 yaş yaşlılar arasında qızıl, Əliyev isə 15-16 yaşlılar arasında gümüş mükafata yiyələnib.

Azərbaycan millisi, həmçinin, Avropa Gimnastikasının təşkilatçılığı ilə “inkişaf təlim-məşq” düşərgəsinə qatılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.