Qurban Qurbanov Ramil Şeydayevin Tailand klubuna keçidini təsdiqlədi: “Əsl vətənpərvər birini yola saldıq”

29-05-2023, 09:54           
Qurban Qurbanov Ramil Şeydayevin Tailand klubuna keçidini təsdiqlədi: “Əsl vətənpərvər birini yola saldıq”
"Təkcə futbolçu kimi yox, kollektivimizdən əsl vətənpərvər birini başqa ölkəyə yola saldıq. Böyük ehtimalla gedəcək".

Bunu Oxu.Az-a açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın futbolçusu Ramil Şeydayevin Tailandın "Buriram Yunayted" klubuna keçidi barədə danışarkən söyləyib.

Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının 2022/23 mövsümünün mükafatlandırma mərasimindən sonra millinin hücumçusu ilə vidalaşdığını deyib.

O, Ramillə uzun-uzadı qucaqlaşmaları ilə bağlı sualı cavablandırarkən bildirib ki, hər ikisi duyğulanlblar: "Ani bir şey idi. Ramilin həm xasiyyətini, həm özünü çox istəyirəm. Kişi xarakterli futbolçudur. Üzdə elə də görünməsə də, çox vətənpərvərdir. Azərbaycanlılara dəyər verən biridir. Ümumiyyətlə, bir birimizə təşəkkür etdik. Ümumi söhbətimiz olmuşdu. Nə mən ondan ayrılmaq istəyirdim, nə o məndən. Bəzi nüanslar olur ki, onlara hazır olmalıyıq. Həmin anda ikimiz də duyğulandıq".
Qeyd edək ki, Ramil Şeydayev "Buriram Yunayted"lə iki illik müqaviləni razılaşdırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.