Dünyanın ən bahalı futbol brendi açıqlandı

7-06-2023, 09:03           
Dünyanın ən bahalı futbol brendi açıqlandı
“Brand Finance” konsaltinq şirkəti dünyanın ən bahalı futbol brendlərinin reytinqini açıqlayıb.

Tribunainfo.az xəbər verir ki, siyahı təşkilatın saytında dərc olunub.

Lider İngiltərənin “Mançester Siti” komandası olub, onun brend dəyəri il ərzində 13 faiz artaraq 1,51 milyard avroya çatıb. İkinci yerdə son dörd ildə ilk dəfə zirvəni əldən verən “Real Madrid” qərarlaşıb. Onun brend dəyəri 1,46 milyard avrodur.

Reytinqdə sonrakı yerləri “Barselona” (1,37 milyard), “Mançester Yunayted” və “Liverpul” (hər biri 1,36 milyard), PSJ (1,13 milyard), “Bavariya” (1,1 milyard), həmçinin Londonun “Arsenal”ı (0,91 milyard), “Tottenhem” (0,9 milyard) və “Çelsi” (0,86 milyard) tutur.

Qeyd edək ki, “Mançester Siti” may ayında İngiltərə Premyer Liqasının qalibi olub. Klub ardıcıl 3-cü, tarixində isə 9-cu dəfə ölkə çempionu olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru