Braziliya millisi tarixində ilk dəfə qara forma ilə oynayacaq

7-06-2023, 11:37           
Braziliya millisi tarixində ilk dəfə qara forma ilə oynayacaq
Braziliya millisi tarixində ilk dəfə qara forma ilə oynayacaq
"Report" "Globo" nəşrinə istinadən xəbər verir ki, rəng dəyişikliyi Braziliya Futbol Federasiyasının Qvineya ilə yoldaşlıq matçı üçün hazırladığı irqçilik əleyhinə aksiyanın bir hissəsidir.

Oyunçuların nömrələrində ənənəvi sarı rəngdən istifadə olunacaq. Futbolçular yalnız qarşılaşmanın ilk hissəsində qara formaları geyinəcəklər.

Qeyd edək ki, Braziliya yığmasının Qvineya ilə yoldaşlıq görüşü iyunun 17-də olacaq. Daha əvvəl millinin İspaniyanın "Real Madrid" klubunda çıxış edən üzvü Vinisius Junior irqçiliyə məruz qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru